Zakir Həsənov Gürcüstan Milli Müdafiə Akademiyasında olub - FOTO

Zakir Həsənov Gürcüstan Milli Müdafiə Akademiyasında olub - FOTO
# 15 noyabr 2022 16:14 (UTC +04:00)

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 15-də Qori şəhərindəki David Ağmaşenebeli Milli Müdafiə Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, müdafiə naziri akademiyanın rektoru briqada generalı Mamia Balaxadze ilə görüşüb. Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də bu sahənin inkişaf perspektivləri müzakirə olunub.
Sonra general-polkovnik Z.Həsənov akademiyanın “Şərəf kitabı”nı imzalayıb.
Milli Müdafiə Akademiyası ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov kursantların idman yarışını izləyib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR