Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetində olub

Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetində olub
# 31 avqust 2022 16:59 (UTC +04:00)

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfəri çərçivəsində qardaş ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və digər dövlətlərdən olan həmkarları ilə birgə universitetin “Şərəf kitabı”nı imzalayıb.
Sonra qonaqlara Zəfər Bayramının 100-cü ildönümü münasibətilə təşkil olunan konsert proqramı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR