Zakir Həsənov Ukrayna səfiri ilə görüşüb

Zakir Həsənov Ukrayna səfiri ilə görüşüb
# 18 iyul 2019 17:32 (UTC +04:00)

Bu gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Vladislav Kanevski ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Ukrayna arasında hərbi əməkdaşlığın həm ikitərəfli formatda, həm də NATO-nun müxtəlif proqramları çərçivəsində həyata keçirildiyini qeyd edən Müdafiə naziri bu əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Ukrayna əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR