ANAMA: Ermənistan xəritələri vermədiyinə görə ərazidə basdırılmış minaların yeri və sayı bilinmir - VİDEO

ANAMA: Ermənistan xəritələri vermədiyinə görə ərazidə basdırılmış minaların yeri və sayı bilinmir - VİDEO
# 31 mart 2021 12:46 (UTC +04:00)

“Demək olar ki, bütün ərazi minalanıb. Müxtəlif tipli minalar pərakəndə şəkildə basdırılıb. Artıq beynəlxalq səviyyədə məsələ qaldırılıb ki, Ermənistan minalanmış ərazilərin xəritələrini bizə versin. Verilmədiyinə görə ərazidə olan minaların yeri və sayı bilinmir. Bilinən odur ki, əllərinə hansı mina düşübsə, basdırıblar”.

APA-nın Füzuli rayonunda minatəmizləmə əməliyyatını izləyən əməkdaşının məlumatına görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov deyib.

A. Hüseynov bildirib ki, ərazidə basdırılan çoxu Rusiya istehsalıdır: “Ermənistan istehsalı olan piyada əleyhinə minalar da var, tapılıb, çıxarılır”.

ANAMA əməkdaşı deyib ki, hazırda əsas strateji kommunikasiya xətlərinin ərazisi təmizlənir: “Hazırda, əsasən, avtomobil yolu, dəmir yolu, qaz, işıq və digər kommunikasiya xətləri keçən ərazilərdə təmizləmə aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR