ANAMA: Sentyabrın 27-dən oktyabrın 8-dək Ermənistanın atdığı mərmilərlə bağlı Agentliyə 402 çağırış olub

ANAMA: Sentyabrın 27-dən oktyabrın 8-dək Ermənistanın atdığı mərmilərlə bağlı Agentliyə 402 çağırış olub
# 10 oktyabr 2020 11:25 (UTC +04:00)

“Ermənistan ordusunun ardıcıl təxribatları, eləcə də mülki əraziləri atəşə tutması nəticəsində Azərbaycan Silahlı Qvvələri tərəfindən uğurlu əməliyyatlar aparılmaqdadır”.

APA-nın məlumatına görə, bunu brifinqdə ANAMA-nın əməliyyatlar üzrə meneceri Elnur Qasımov deyib. O bildirib ki, 27 sentyabrdan 8 oktyabra qədər Daxili İşlər Naxirliyinin102 və Fövqəladə Hallar Nazirliyinin 112 xidməti zəng mərkəzlərindən agentliyə 402 çağırış olub:

“Nəticədə 366 əməliyyat çıxış olub. Bu çıxışlar hər dəqiqə dəyişir, çünki agentliyin qrupları kiçik bölmələr şəklində yaşayışq məntəqələrində, şəhərlərdə və digər məntəqələrdə çağırışlara caab olaraq dərhal həmin ərazilərə gedir və əhali ilə görüşür, onları təhlükəyə məruz qoya biləcək obyektlərin götürülməsi, çeşidlənməsi və zərərsizləşdirilməsi işləri həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR