ANAMA-nın əməkdaşı: “Ermənilər çoxlu sayda tələ mina basdırıblar”

ANAMA-nın əməkdaşı: “Ermənilər çoxlu sayda tələ mina basdırıblar”
# 31 mart 2021 12:23 (UTC +04:00)

“Ermənilər işğal altında saxladıqları ərazilərə gözlədiyimizdən də çox mina basdırıblar”.

APA-nın Füzuli rayonunda minatəmizləmə əməliyyatını izləyən əməkdaşının məlumatına görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov deyib.

Onun sözlərinə görə, bəzən 1 kv.m yerdə 4-5, 100 kv.m yerdə isə 50-60 mina aşkarlanır: “Ermənilər çoxlu sayda tələ mina da basdırıblar. Aşkar görünən minaların ətrafında gizli basdırılmış minalar aşkarlanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR