ANAMA və BMTİP Azərbaycanda icma təhlükəsizliyinin bərpası üçün maliyyələşmə sənədi imzayıb

ANAMA və BMTİP Azərbaycanda icma təhlükəsizliyinin bərpası üçün maliyyələşmə sənədi imzayıb
  • Clock-gray 10:06
  • calendar-gray 18 Mart 2021

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə baş verən münaqişədən sonra icma təhlükəsizliyinin bərpasına yönəlmiş yeni maliyyələşmə sənədi imzayıb. 

Agentlikdən APA-ya verilən məlumata görə, sənədi ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov və BMTİP-nin Rezident nümayəndəsi Alessandro Frakassetti imzalayıb.  

BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutulan büdcəsindən və BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan toplam, bir milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Bu vəsaitlə BMTİP, ANAMA-ya münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risklər yaradan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək verəcək.

V.Süleymanov bu layihənin vacibliyini vurğulayaraq gələcək əməkdaşlığa ümidli olduğunu bildirib.

A.Frakassetti, BMTİP-nin ANAMA-nı texniki təcrübə, avadanlıq, potensialın inkişafı və maliyyə vəsaiti ilə təmin edərək, Azərbaycanda minatəmizləmə əməliyyatlarına dair dəstəyini genişləndirəcəyini bildirib. Rezident nümayəndə nəticədə bu fəaliyyətin, icmaların su mənbələrinə təhlükəsiz şəkildə çıxışının olmasına, evlər, məktəblər və sağlamlıq klinikaları tikməsinə kömək edəcəyini qeyd edib.

BMTİP, ANAMA-nı minatəmizləmə əməliyyatları ehtiyaclarının qiymətləndirilməsində dəstəkləyir, beynəlxalq təcrübəni paylaşır, fərdi qoruyucu vasitələr və mina təmizlənməsi avadanlıqlarının alınmasında Milli Agentliyə yardım edir.

Əlavə dəstək çərçivəsində minatəmizləmə sahələrinin prioritetləşdirilməsi, mina aşkarlanması üçün “istilik” xəritələrinin hazırlanması, eləcə də minatəmizləmə əməliyyat avadanlıqları və minaaxtaran itlərin alınması nəzərdə tutulur.

ANAMA 1999-cu ildə BMTİP-nin dəstəyi ilə təsis edilib. Son 20 il ərzində ANAMA və BMTİP Azərbaycanda 806 000-dən çox mina və digər partlayıcı silahların təmizlənməsinə kömək edərək 160 500-dən çox köçkün şəxsin evlərinə təhlükəsiz şəkildə qayıtmasına dəstək olub.

 

apa-logo-mini

Digər xəbərlər