Ağstafada iki ədəd əl qumbarası tapılıb

Ağstafada iki ədəd əl qumbarası tapılıb
  • Clock-gray 17:31
  • calendar-gray 12 Dekabr 2019

Dekabrın 12-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı 2 ədəd F-1 əl qumbarası aşkar olunub.

ANAMA-dan APA-ya verilən məlumata görə, əl qumbaralarının üzərində partladıcısının (UZRQM) olmasını və korroziyaya uğramısını nəzərə alaraq, əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə aidiyyatı tədbirlər görülərək, Agentliyin mütəxəssisləri tərəfindən Ağstafa rayon Polis şöbəsinin və yerli icra nümayəndəsinin iştirakı ilə yerində zərərsizləşdirilib.

 

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date