Ali Hərbi Məktəbin rəisi: "Bu il qəbul olan kursantlara 10 yeni ixtisas tədris edilir"

Ali Hərbi Məktəbin rəisi: "Bu il qəbul olan kursantlara 10 yeni ixtisas tədris edilir"
  • Clock-gray 13:40
  • calendar-gray 11 Fevral 2021

"Bu ildən etibarən Ali Hərbi Məktəbdə 1-ci kursa qəbul olan kursantlar bakalavr səviyyəsi ixtisaslarının təsnifatına müvafiq 10 yeni ixtisas üzrə təhsil alır.

APA-nın xəbərinə görə, bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Füzuli Salahov deyib.

 General qeyd edib ki,  beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası ilə kursantlara hərb elminin incəlikləri öyrədilir: “Ali Hərbi Məktəbdə “xüsusi təyinatlı texnika  və sistemlər” ixtisası üzrə bakalavr səviyyəsində  mütəxəssislər hazırlanır. Məktəbdə 4 fakültə və 21 kafedra fəaliyyət göstərir”.

Səlcuq Elçin

Digər xəbərlər