Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
# 03 iyun 2020 17:45 (UTC +04:00)

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR