Bakıda Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - FOTO

Bakıda Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - FOTO
# 09 may 2020 15:39 (UTC +04:00)

Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş Azərbaycan xalqının igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, Bakı şəhərində keçirilən anım mərasimlərində hərbi qulluqçular Sovet İttifaqı Qəhrəmanlarının xatirəsinə ucaldılmış abidələri və Qardaşlıq məzarlarını ziyarət ediblər. Tədbirlər digər qarnizon və iri şəhərlərdə də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR