Bakıda “NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda kurs keçirilir

Bakıda “NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda kurs keçirilir
# 29 yanvar 2020 16:07 (UTC +04:00)

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2020-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Brunsumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilir.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib. Xəbərə görə, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirak etdikləri kursda NATO-nun ekspertləri tərəfindən iştirakçılara Şimali Atlantika Alyansında əməliyyatların planlaşdırılması, layihələndirilməsi, qiymətləndirilməsi prosesi, məlumatların təhlili və digər mövzulara dair təqdimatlar verilir, praktiki qrup tapşırıqları həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR