Bakıda Rusiya-NATO danışıqlarının növbəti raundunun keçiriləcəyi tarix məlum olub

Bakıda Rusiya-NATO danışıqlarının növbəti raundunun keçiriləcəyi tarix məlum olub
  • Clock-gray 16:37
  • calendar-gray 02 Fevral 2020

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı Tod Uolters arasında Bakıda görüşün fevralın 6-7-də keçirilməsi gözlənilir.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”-yə diplomatik mənbələrdən məlumat verilib.

Görüşün gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, Bakıda bundan öncə Rusiya-NATO formatında görüş keçən il noyabrın 26-da keçirilib. Həmin görüşdə Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri marşal Stüart Piç Rusiya-NATO təmas xəttində insidentlərin qarşısının alınması tədbirlərini müzakirə ediblər.

 

apa-logo-mini

Digər xəbərlər