Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 49-cu ildönümü qeyd edilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 49-cu ildönümü qeyd edilib
# 25 aprel 2020 12:58 (UTC +04:00)

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bu hərbi təhsil ocağının yaranmasının 49-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər hərbi təhsil ocağının yaranma tarixi, xüsusi qəhrəmanlıqları ilə seçilən məzunları və liseydə hazırda görülən işlər barədə danışıblar.

Sonda təhsildə fərqlənən kursantlar fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR