DTX Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

DTX Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb
# 05 oktyabr 2020 15:33 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq 500 min manat məbləğində pul vəsaiti ianə ediblər.

DTX-dan APA-ya verilən məlumata görə, hazırda pul vəsaitlərinin köçürülməsi davam edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR