Dövlət Xidməti: Orduda könüllü iştirak üçün 55 mindən çox vətəndaş müraciət edib

Dövlət Xidməti: Orduda könüllü iştirak üçün 55 mindən çox vətəndaş müraciət edib
# 22 iyul 2020 16:27 (UTC +04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri davam edir.

Bu barədə APA-ya Dövlət Xidmətindən bildirilib. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən 55130-dan çox vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR