Ermənilər Azərbaycan Ordusunun Naxçıvandakı mövqelərini atəşə tutub

Ermənilər Azərbaycan Ordusunun Naxçıvandakı mövqelərini atəşə tutub
  • Clock-gray 16:53
  • calendar-gray 12 Mart 2020

Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri  görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date