Ermənilər Kəlbəcəri tərk edir - VİDEO

Ermənilər Kəlbəcəri tərk edir - VİDEO
# 14 noyabr 2020 16:51 (UTC +04:00)

Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra burada yerləşdirilmiş ermənilər rayonu tərk edirlər.

APA-nın xəbərinə görə, ermənilər mikroavtobus və yük maşınlarında daşına bilən hər bir şeyi özləri ilə aparır, apara bilmədiklərini isə yandırır.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış sazişə uyğun olaraq işğalçılar ərazini tərk etməli və noyabrın 15-də Kəlbəcər rayonu Azərbaycana qaytarılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR