Ermənilər Tərtərdə döyüş bölgəsində olan türkiyəli jurnalistləri atəşə tutub - VİDEO

Ermənilər Tərtərdə döyüş bölgəsində olan türkiyəli jurnalistləri atəşə tutub - VİDEO
# 27 sentyabr 2020 12:37 (UTC +04:00)

Döyüş bölgəsində olan türkiyəli jurnalistlərə silahlı hücum edilib.

APA-nın Anadolu Agentliyinə (AA) istinadən məlumatına görə, AA təmsil edən jurnalistlər və TRT kanalın əməkdaşları Ermənistanın Azərbaycanın mülki şəxslərə silahlı hücum etdiyi Tərtərin Qapanlı kəndində olan əraziyə gediblər.

Həmin vaxt jurnalistlərin olduğu yerə ermənilər top atəşinə tutublar.

Top jurnalistlərin 100 metr yaxınlığına düşüb.

Jurnalistlər hadisə yerindən uzaqlaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR