Ermənilərin Tovuza atdığı mərmi partlamayıb, ANAMA mərmini zərərsizləşdirib

Ermənilərin Tovuza atdığı mərmi partlamayıb, ANAMA mərmini zərərsizləşdirib
# 23 iyul 2020 14:41 (UTC +04:00)

İyulun 20-də saat 09:49-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisinə 1 ədəd mərminin düşməsi barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik qaydalarını nəzərə alaraq cari ilin 22 iyul tarixində həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamamış 122 mm-lik top mərmisinin (OF-56-1) aşkar olunub. Top mərmisinin partladıcısı (RQM-2) üzərində olduğuna görə, cari ilin 23 iyul tarixində yerində zərərsizləşdirilib.

Top mərmisinin ətrafında 50 kv.m əraziyə yerüstü, 5 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR