Ermənistanın növbəti taktiki PUA-sı məhv edilib

Ermənistanın növbəti taktiki PUA-sı məhv edilib
# 27 avqust 2020 12:15 (UTC +04:00)

Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

MN-dən APA-ya verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR