Ermənistanın təxribatı nəticəsində Azərbaycan sərhədçisi şəhid olub

Ermənistanın təxribatı nəticəsində Azərbaycan sərhədçisi şəhid olub
# 07 yanvar 2020 18:33 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya verilən məlumata görə, 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

DSX-nin rəisi general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR