Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO

Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
# 31 mart 2021 11:13 (UTC +04:00)

“Bu, Şuşa yoludur. Füzuli rayonundan Şuşaya qədər çəkiləcək yoldur. Bu yolun 150 m enində, 34 km uzunluğunda minalardan təmizlənməsi barədə bizə göstəriş verilib. Bura ən çox minalanmış sahədir”.

Bunu APA-nın Füzuli rayonunda minatəmizləmə əməliyyatını izləyən əməkdaşına açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

O, hazırda yolun 17-ci km-də təmizləmə əməliyyatı aparıldığını deyib: “Hazırda yolun 17-ci km-liyində, Füzuli rayonun Alxanlı və Seyidəhmədli kəndləri arasında təmizləmə əməliyyatı aparırıq. İndiyədək burada 200 min kv.metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Təmizlənmə nəticəsində tank əleyhinə 207, piyada əleyhinə 168 mina və 5 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR