Hikmət Babaoğlu: "Azərbaycan Ordusunun humanizmi dünyaya örnək göstəriləcək bir hadisədir"

Hikmət Babaoğlu: "Azərbaycan Ordusunun humanizmi dünyaya örnək göstəriləcək bir hadisədir"
# 24 noyabr 2020 15:26 (UTC +04:00)

"Azərbaycan Ordusunun misli görünməmiş humanizmi bütün dünyaya örnək göstəriləcək bir hadisədir. Xilaskar Azərbaycan əsgəri bir daha öz davranışı ilə sübut etdi ki, o sözün əsl mənasında xilaskardır".

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, əsgərlərimiz döyüşdə nə qədər qətiyyətli və amansızdırsa, sülh şəraitində bir o qədər humanist və mülayimdir: "Ağdam rayonun Gülablı kəndində öz məişət əşyalarını çıxartmaq üçün ordumuza müraciət edən insanlara əsgərlərimiz hətta məişət əşyalarının daşınmasına belə kömək etdilər. Bu, birinci Qarabağ savaşından bu günədək davam edən müharibədə minlərlə şəhid vermiş, hər cür erməni vəhşiliyi ilə üz-üzə qalmış bir xalqın övladlarının ən ali insani duyğulara sahib olduğunu göstərir. Xocalı soyqırımını törədənlərə, gecə vaxtı yatan şəhərimizi ballistik raketlə vuranlara, günahsız uşaqları, körpələri, qocaları qətlə yetirən hərbi cinayətkarlara, canilərə verilən humanizm dərsidir. Bəlkə də Gülablıda qalan və imdad diləyən ermənilərin məqsədi başqa idi. Onlar xarabazara çevirdikləri vətənimizin vəziyyətindən hiddətlənən Azərbaycan əsgərinin qəzəbini bu hərəkətlərilə üzərlərinə çəkib silaha ət atmalarını və onlara əl qaldırmasını istəyir, sonradan isə bu təxribatı dünyaya yayaraq bizim əleyhimizə istifadə etmək niyyətində idilər. Ancaq Azərbaycan əsgəri bunu etmədi. Soyuqqanlı və humanist davrandı, xilaskar əsgər olduğunu bir daha nümayiş etdirdi. Ancaq sülh vaxtı humanist olan əsgərimizin döyüş vaxtı nəyə qadir olduğunu 44 günlük müharibədə ermənilər də, onların yalançı qəhrəmanları da, Köçəryanlar da, Sarkisyanlar da yaxşıca gördülər. Bunu tarix boyu unutmayacaqlar. Əgər indi çarəsizlik içində hansısa yardım və imdad diləyirlərsə, Azərbaycan əsgəri bunu edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR