Hərbi hissələrdən birində qərargah və Təlim Məşq Mərkəzinin yeni inzibati binalarının açılışı olub - VİDEO

Hərbi hissələrdən birində qərargah və Təlim Məşq Mərkəzinin yeni inzibati binalarının açılışı olub - VİDEO
# 28 dekabr 2019 15:44 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir. Dekabrın 28-də hərbi hissələrdən birində qərargah və Təlim Məşq Mərkəzinin yeni inzibati binalarının açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Mərkəzin fəaliyyəti barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənova brifinq təqdim edilib. Məruzə olunub ki, mərkəz müasir və yüksək texnologiyalı simulyator qurğuları quraşdırılmış sinif, bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir.

Bildirilib ki, mərkəzdə xüsusi kompüter proqramları ilə təmin olunmuş avadanlıqlar və trenajorlar şəxsi heyətin bilik və bacarıqlarının lazımi səviyyədə saxlanılmasına, tapşırıqlarının real döyüş şəraitinə uyğun, vaxtında və dəqiq yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirilməsinə imkan verir. Təlimatçılar tərəfindən hər bir öyrədilənin ixtisasına uyğun olaraq şərti tapşırıqlar qoyulur, onların tapşırığı yerinə yetirməsi prosesi elektron xəritələrdə izlənilir və qiymətləndirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin simulyator, eləcə də digər xidməti və inzibati otaqları ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR