Jurnalistlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar - FOTO

Jurnalistlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar - FOTO
# 11 fevral 2021 14:52 (UTC +04:00)

Media nümayəndələrinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfəri təşkil olunub.

APA-nın məlumatına görə, səfər çərçivəsində media nümayəndələri məktəbin fəaliyyəti və yaradılan şəraitlə yaxından tanış olublar.

Ali Hərbi Məktəbin rəisi, general-mayor Füzuli Salahov jurnalistlərə məktəbin tarixindən və faəliyyət istiqamətlərindən danışıb.

General bildirib ki, Müsəlman korpusunun komandiri, general-leytenant Əliağa Şıxlinskinin Zaqafqaziya Komissarlığına milli hərbiyyə məktəbinin açılması haqqında icazə istəməsi ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi yaradılıb:

"1918-ci ilin aprel ayının 2-də Milli Hərbiyyə Məktəbi Tiflis şəhərindən Gəncə şəhərinə köçürülüb. 1918-ci il oktyabrın 27-də Milli Hərbiyyə Məktəbinin ilk buraxılışı olub. Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirinin 1 dekabr 1918-ci il tarixli əmri ilə Gəncədə yerləşmiş Milli Hərbiyyə Məktəbi Praporşiklər Məktəbi adlandırılaraq məzunlara ilk zabit rütbəsi verib. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, 1920-ci ilin may ayının 25-də Hərbiyyə Məktəbi Azərbaycan Birləşmiş Hərbiyyə Məktəbi adlandırılıb.

1942-ci ildə Böyük Vətən Müharibasi zamanı Bakı Hərbi Piyada Məktəbinin şəxsi heyətinin əsas hissəsi cəhbəyə göndərilib. Böyük Vətən Müharibəsində məktəbin rəşadət və qəhrəmanlıq göstərən bir neçə məzunu Sovet İttifaqı Qəhrəmanı Adına layiq görülüb".

F.Salahov qeyd edib ki, məktəbdə 4 fakultə və 21 kafedra fəaliyyət göstərir: "Beynəlxalq təhsil standartlarına cavab verən tədris metodikası və vasitələri ilə kursantlara hərb elminin incəlikləri öyrədilir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən orduya diqqət və qayğı ən yüksək səviyyədədir. Kursantların maddi-məişət şəraitini yaxşılaşdırılması məqsədi ilə yeni yeməkxana və klub tikilmiş, sıra meydanı, üzgüçülük hovuzu, tir və 4-cü taborun kursant yataqxanası yenidən təmir olunub".

Məktəb rəisi deyib ki, dövlətimizin və müstəqilliyimizin dayağı olan Azərbaycan Silahlı Qüvvələri bu gün ən müasir silah və texnika ilə silahlanıb: "Yüksək təchizata malik, güclü intizama və döyüş hazırlığına nail olmuş qüdrətli güc strukturudur. Təsadüf deyil ki, Azərbaycan Ordusu bu gün ən güclü ordular sırasındadır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR