MN-in MTT Baş İdarəsində 2019-cu ilin yekunlarına dair toplantı keçirilib

MN-in MTT Baş İdarəsində 2019-cu ilin yekunlarına dair toplantı keçirilib
# 30 dekabr 2019 17:58 (UTC +04:00)

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin yekunlarına dair toplantı keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.

Yekunda Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi general-mayor Qədir Nəsibov çıxış edərək növbəti ildə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR