Mədət Quliyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin nümayəndə heyətini qəbul edib

Mədət Quliyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin nümayəndə heyətini qəbul edib
# 02 aprel 2021 11:14 (UTC +04:00)

Müdafiə sənayesi naziri Mədət Quliyev bu gün Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şekerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Mədət Quliyev qonaqların diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Azərbaycan və Türkiyənin bir çox sahələrdə olduğu kimi, hərbi-texniki sahədə də daim yaxından əməkdaşlıq etdiklərini bildirən Mədət Quliyev 44 günlük Vətən müharibəsi dövründə qardaş ölkənin dövlətimizin yanında olduğunu, qazandığımız böyük Zəfərdə Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyin böyük rol oynadığını vurğulayıb. Nazir eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib.

Görüşdə hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcəkdə daha səmərəli əlaqələrin qurulması üçün ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR