Mədət Quliyevin "IDEX-2021" sərgisi çərçivəsində Serbiyanın müdafiə naziri ilə görüşü olub

Mədət Quliyevin "IDEX-2021" sərgisi çərçivəsində Serbiyanın müdafiə naziri ilə görüşü olub
# 22 fevral 2021 15:04 (UTC +04:00)

Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisinin ikinci günündə müdafiə sənayesi naziri Mədət Quliyevin Serbiyanın müdafiə naziri Nebojsa Stefanovicin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü baş tutub.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

Mədət Quliyev nazirin diqqətinə çatdırıb ki, MSN Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Səmimi görüşdən məmnunluq duyduğunu bildirən nazir Nebojsa Stefanovic Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR