Mədət Quliyevin “İDEX-2021” sərgisində Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü baş tutub

Mədət Quliyevin “İDEX-2021” sərgisində Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü baş tutub
  • Clock-gray 14:28
  • calendar-gray 21 Fevral 2021

Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini , Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü baş tutub.

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. 

Şeyx Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin qardaş ölkə olduğunu vurğulayaraq hər bir sahədə qarşılıqlı əməkdaşlığın faydalarından danışıb, hər iki ölkə arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.Mədət Quliyev Baş nazirin müavinindən  Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyana çatdırmasını xahiş edib. 

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

apa-logo-mini

Digər xəbərlər