Müdafiə Nazirliyi: Azərbaycan ərazisində İsrailə məxsus hərbi təyinatlı vasitələr yerləşdirilməyib

Müdafiə Nazirliyi: Azərbaycan ərazisində  İsrailə məxsus hərbi təyinatlı vasitələr yerləşdirilməyib
# 22 dekabr 2019 17:15 (UTC +04:00)

Müdafiə Nazirliyi son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu kimi məlumatlar dezinformasiya və saxta xəbərdən başqa bir şey deyildir.

Müdafiə Nazirliyi bildirir ki, yayılan məsuliyyətsiz, təxribat xarakterli məlumat uğursuz şəkildə qonşularla olan münasibətlərimizə xələl yetirmək məqsədi güdür: “Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR