Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüblər.
Müdafiə nazirliyindən APA-ya verilıən xəbərə görə, Ali Baş Komandan İlham Əliyevin son çıxışlarından irəli gələn tələbləri diqqətə çatdıran Müdafiə naziri bu tələblərin gündəlik xidməti fəaliyyətdə rəhbər tutulmasını tapşırıb.
Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.
Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb.
Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıb.
Müdafiə naziri ön cəbhədə olub - VİDEO - FOTO
08 iyul 2020 09:44 (UTC +04:00)
Hərbi
Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib
11:23
19 aprel 2024
Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin Xəzərdə birgə taktiki təlimi keçirilib - VİDEO
11:19
19 aprel 2024
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq - VİDEO
13:17
18 aprel 2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:20
18 aprel 2024