Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib
# 28 fevral 2020 18:44 (UTC +04:00)

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədi ilə kompleks məşq keçirilib.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, məşq çərçivəsində qoşunların bir hissəsi praktiki fəaliyyətlərə cəlb edilib.

Stasionar və səhra idarəetmə məntəqələri açılaraq müasir avadanlıq və vasitələrlə idarəetmə təşkil edilib.

Şərti düşmənin qəfil hücumlarının qarşısının alınması və kəşfiyyat-diversiya qruplarının məhv edilməsi üzrə qəbul edilmiş qərarlara uyğun olaraq aidiyyatı bölmələr fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR