Nəcməddin Sadıkov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Nəcməddin Sadıkov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
# 06 fevral 2020 16:22 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovla görüşüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, N. Sadıkov rusiyalı həmkarı ilə beynəlxalq və regional təhlükəsizlik problemlərini, eləcə də Xəzər dənizində müdafiə nazirliklərinin əməkdaşlığı daxil olmaqla iki ölkə arasında hərbi və hərbi texniki əməkdaşlığa dair aktual məsələləri müzakirə ediblər.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, V. Gerasimovu bu gün Azərbaycan Prezidenti Ilham Əliyev də qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR