PUA heyətləri idarəetmə məntəqələrinin kəşfiyyat məlumatları ilə təmin edilməsi tapşırıqlarını icra edirlər

PUA heyətləri idarəetmə məntəqələrinin kəşfiyyat məlumatları ilə təmin edilməsi tapşırıqlarını icra edirlər
# 20 may 2020 11:46 (UTC +04:00)

Əməliyyat-taktiki təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarə edilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları icra edirlər. Bu, artilleriyanın tətbiqinin nəticələrini müşahidə və lazımi düzəliş verməyə imkan verir.

Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş PUA-lardan istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR