Pakistanın hərbi nümayəndə heyəti hərbi təhsil müəssisələrini ziyarət edib - VİDEO

Pakistanın hərbi nümayəndə heyəti hərbi təhsil müəssisələrini ziyarət edib - VİDEO
# 31 mart 2021 16:14 (UTC +04:00)

Bakıda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini aviasiya marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, Pakistan nümayəndə heyətinə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərdə hərbi təhsil müəssisələrinin rolu, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, hərbi təhsil sistemində dünyanın aparıcı ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqi barədə məlumat verilib.

Hərbi təhsil müəssisələrinin rəhbər heyətləri ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR