Qazaxıstan və İran komandaları koronavirusla əlaqədar “Dəniz kuboku” müsabiqəsinə qatılmayacaq

Qazaxıstan və İran komandaları koronavirusla əlaqədar “Dəniz kuboku” müsabiqəsinə qatılmayacaq
# 13 avqust 2020 15:52 (UTC +04:00)

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Qərargahında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, videokonfransda iştirakçı dövlətlərin nümayəndələrinə müsabiqəyə hazırlıq haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu il Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində Qazaxıstan və İran komandaları COVID-19 virusu ilə əlaqədar müsabiqədə iştirak etməyəcək.

“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin cari ilin avqustun 25-dən sentyabrın 4-dək keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR