Şəhid Namiq Əhmədov dəfn olunub

Şəhid Namiq Əhmədov dəfn olunub
# 14 iyul 2020 16:49 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu dəfn olunub.

APA-nın yerli bürosunun məlumatına görə, 33 yaşlı mayorun nəşi doğulub boya-başa çatdığı Qazaxın Yuxarı Salahlı kəndində izdihamla qarşılanıb.

Şəhid həmin kənddə dəfn olunub.

Mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları və qohumları iştirak ediblər. Artelleriya komandiri Tovuzda gedən şiddətli döyüşlərdə şəhid olub.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər gedib. Döyüşlərdə hər iki tərəf itki verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR