Sumqayıtda parkda çaplı patronlar tapılıb

Sumqayıtda parkda çaplı patronlar tapılıb
# 12 mart 2020 15:21 (UTC +04:00)

Martın 12-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Nəsimi parkı ərazisində 70-80 ədəd güllənin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 65 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Patronların ətrafında 30 kv.m əraziyə yerüstü, 25 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR