Vaqif Dərgahlı: “Son günlər könüllü döyüşə getmək üçün Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub”

Vaqif Dərgahlı: “Son günlər könüllü döyüşə getmək üçün Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub”
  • Clock-gray 11:36
  • calendar-gray 21 İyul 2020

“Ermənistan tərəfi hansısa tankımızın vurulması, “Qrad” yaylım atəşli reaktiv sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayırdılar”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib. 

O, insanları düşmənin bu dezinformasiyalarına inanmamağa çağırıb.

“Müdafiə Nazirliyinin məlumatlarının ictimaiyyətə çatdırılmasında rolu olan media nümayəndələrinə təşəkkür edirik. 2016-cı ilin aprel ayındakı əməliyyatlarda olduğu kimi, Müdafiə Nazirliyinin elektron poçt qutusuna döyüşə könüllü getmək istəyənlərdən 10 minlərlə müraciət daxil olub. Bu günə olan məlumata əsasən, Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub. Eyni zamanda, vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, müraciətlər Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə olmalıdır”, - deyə MN rəsmisi vurğulayıb.

Ramiz Mikayıloğlu

Digər xəbərlər