Vaqif Dərgahlı əhalinin orduya dəstək nümayiş etdirməsinə münasibət bildirib

Vaqif Dərgahlı əhalinin orduya dəstək nümayiş etdirməsinə münasibət bildirib
# 13 iyul 2020 13:36 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı əhalinin orduya dəstək nümayiş etdirməsinə münasibət bildirib.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı qeyd edib ki, belə çağırışlara ehtiyac yoxdur: "Bəzi vətəndaşlarımızı orduya dəstək, Qarabağın işğaldan azad edilməsinə dair vətənpərvərlik hissi ilə sosial şəbəkələrdəki çağırışlarını biz anlayışla qarşılayırıq. Bildirmək istəyirik ki, Azərbaycan Ordusunun bölmələri, Azərbaycan əsgəri düşmənə layiqli cavab verməyə hazırdır və bunu edir. Lakin sosial şəbəkələrdə qızışdırıcı mövqe tutan açıqlamalara və çağırışlara ehtiyac görmürük. Bildiririk ki, bu, düşmənin maraqlarına xidmət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR