Zakir Həsənov: “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı uğurla inkişaf edəcək”

Zakir Həsənov: “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı uğurla inkişaf edəcək”
  • Clock-gray 18:17
  • calendar-gray 21 Yanvar 2020

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hər iki ölkə xalqlarını dostluq və qardaşlıq ənənələri birləşdirir.

“Azərbaycan tam şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bütün beynəlxalq qurumlarda biz həmin dəstəyi Gürcüstan tərəfindən də görürük.  İkitərəfli planda şəxsi heyətin birgə təlimləri və digər tədbirlər nəzərdə tutulub. Mən əminəm ki, bizim hərbi əməkdaşlığımız uğurla inkişaf edəcək”, - deyə nazir bildirib. 

İ. Qaribaşvili isə öz növbəsində bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.

O bildirib ki, hər iki ölkənin Müdafiə nazirlikləri arasında səmərəli və sıx əməkdaşlıq mövcuddur. 

Gürcüstanlı nazir qeyd edib ki, 2020-ci il üçün əməkdaşlıq planının imzalanması ölkələr arasında əməkdaşlıq əlaqələrini daha da gücləndirəcək. 

 

 

 

Səid Babazadə

Digər xəbərlər