Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcəklər

Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcəklər
# 28 iyun 2019 10:00 (UTC +04:00)

Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərinə gedib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı, Belarus Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikasının parad heyətləri də iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR