Azərbaycan hərbçiləri Minskdə keçirilən hərbi paradda iştirak ediblər

Azərbaycan hərbçiləri Minskdə keçirilən hərbi paradda iştirak ediblər
# 04 iyul 2019 11:42 (UTC +04:00)

Belarus Respublikasına səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti iyulun 3-də Minsk şəhərində keçirilən bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradı izləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paradda fəxri qonaq qismində Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin, həmçinin Çin Xalq Azadlıq Ordusunun parad heyətləri də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR