Azərbaycan tankçıları Beynəlxalq Ordu Oyunlarının finalına vəsiqə qazanıb

Azərbaycan tankçıları Beynəlxalq Ordu Oyunlarının finalına vəsiqə qazanıb
  • Clock-gray 13:07
  • calendar-gray 13 Avqust 2019

Rusiyada keçirilən V Beynəlxalq Ordu Oyunlarının "Tank biatlonu" müsabiqəsində iştirak edən Azərbaycan komandası finala vəsiqə qazanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Tank biatlonu" müsabiqəsinin finalına Azərbaycan tankçıları ilə yanaşı Rusiya, Belarus və Qazaxıstan tankçıları da vəsiqə qazanıblar.

Qeyd edək ki, bu müsabiqənin final mərhələsi avqustun 17-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda baş tutacaq. Həmin gün həm də Beynəlxalq Ordu Oyunlarının bağlanış mərasimi keçiriləcək.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date