Azərbaycanın da iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları-2019”-da İran tankında tüstülənmə olub

Azərbaycanın da iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları-2019”-da İran tankında tüstülənmə olub
# 05 avqust 2019 16:21 (UTC +04:00)

Moskva ətrafında keçirilən "Beynəlxalq Ordu Oyunları-2019"-da həyəcanlı anlar yaşanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, İran tankı qəfil tüstüləməyə başlayıb.

Buna səbəb tankın mühərrikinin qızması olub.

“Yarışmanın ikinci mərhələsində İran ekipajı maneəni dəf etmək üçün növbəti manevrlərə başlamaq istəyib. Bu zaman tankın soyutma sistemi işləməyib və bu, mühərrikin qızması və tüstülənməsi ilə müşayiət edilib. Yarışların təhlükəsizliyisul olan texniki heyətin müdaxiləsi nəticəsində nasazlıq dərhal aradan qaldırılıb. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb", - deyə beynəlxalq yarış təşkilatçılarının yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2019”-da Azərbaycan hərbçiləri də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR