Azərbaycanın zabitləri Rusiyada hərbi akademiyanı qızıl medal və qırmızı diplomla bitiriblər

Azərbaycanın zabitləri Rusiyada hərbi akademiyanı qızıl medal və qırmızı diplomla bitiriblər
# 26 iyun 2019 13:55 (UTC +04:00)

Sankt-Peterburq şəhərində Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Mixaylovsk hərbi artilleriya akademiyası” dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, cari ildə bu ali hərbi təhsil müəssisəsini Azərbaycan Ordusunun 3 zabiti bitirib. Polkovnik-leytenant Avnil Avnilov hərbi akademiyanı fərqlənmə ilə bitirərək qızıl medal alıb. Digər zabitlərimiz mayor Şamxal Səlimov və mayor Ramil İbrahimov isə akademiyanı qırmızı diplomla başa vurublar.

Dövlət imtahan komissiyasının qərarı ilə Azərbaycan Ordusunun hərbi qulluqçularına “magistr” dərəcəsi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR