Çin Rusiyada keçiriləcək hərbi təlimə 1600 əsgər göndərəcək

Çin Rusiyada keçiriləcək hərbi təlimə 1600 əsgər göndərəcək
# 29 avqust 2019 13:05 (UTC +04:00)

Çin Rusiyada keçiriləcək "Mərkəz - 2019" hərbi təlimlərində iştirak etmək üçün 1600 əsgər, 30 helikopter, təyyarə və 300 silah növü göndərəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Çin Müdafiə Nazirliyinin mətbuat katibi deyib.

Bildirilib ki, Rusiya və Çin arasında stateji əməkdaşlıq əlaqələri hər hansı üçüncü ölkəyə qarşı deyil və ordular arasında qarşılıqlı etibarı daha da dərinləşdirməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR