DSX-nın hərbi hissələri arasında kinoloji yarışlar keçirilib

DSX-nın hərbi hissələri arasında kinoloji yarışlar keçirilib
# 23 noyabr 2019 12:06 (UTC +04:00)

Bu ilin 7, 8 və 17 noyabr tarixlərində Dövlət Sərhəd Xidmətinin (DSX) Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzində DSX-nin hərbi hissələri arasında xidməti it təlimatçıları və bələdçilərinin 2-ci kinoloji yarışları keçirilib.

DSX-dan APA-ya verilən məlumata görə, kinoloji yarışlara Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı mərkəzinin, Sərhəd Qoşunlarının hərbi hissələrinin, Sərhəd Nəzarətinin sərhəd nəzarəti məntəqələrinin kinoloq-mütəxəssisləri cəlb olunub.

Kinoloji yarışlar iki müxtəlif istiqamətdə - narkotik vasitələrin axtarışı və iz axtarışı üzrə keçirilib. Yarışların keçirilməsində məqsəd xidməti it təlimatçıları və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizəsində xidməti itlərlə sərhəd pozucularının axtarışı və yaxalanması, sərhəd nəzarəti məntəqələrində narkotik vasitələrin axtarışı imkanlarını genişləndirmək, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssisləri və yüksək iş qabiliyyəti olan xidməti itləri müəyyən etmək olub.

Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl çantalarında, otaqlarda narkotik vasitələrin axtarışı, sərhəd pozucusunun izlərlə təqib olunaraq yaxalanması və itaət komandaları üzrə tapşırıqlar yerinə yetirilib.

Təşkil edilmiş 2-ci kinoloji yarışların qalibi olmuş hərbi qulluqçular təltifləndirilib, qaliblərə kubok, diplom və pul mükafatları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR