Əlahiddə Ümumqoşun Orduda beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib

Əlahiddə Ümumqoşun Orduda beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib
  • Clock-gray 18:59
  • calendar-gray 22 Oktyabr 2019

Naxçıvan Muxtar Respublikasında növbəti dəfə beynəlxalq silahlara nəzarət inspeksiyası keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Norveç Krallığının rəhbərlik etdiyi və tərkibində Danimarka, Lüksemburq, Niderland, İspaniya və ABŞ-dan nümayəndələrin də yer aldığı 9 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda "Elan olunmuş yer"in inspeksiyası və qiymətləndirməsi aparılıb.

“Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” çərçivəsində döyüş tanklarının, zirehli döyüş maşınlarının, artilleriya və minaatan qurğularının sayı yoxlanılıb, Təlim-Tədris Mərkəzinə və hərbi hissələrin ərazisindəki digər binalara baxış olub.

Yoxlamanın sonunda beynəlxalq inspeksiya qrupuna və hərbi hissələrin nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib. Səfər çərçivəsində qonaqlar muxtar respublikanın gəzməli-görməli yerlərində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date